Yuxarı

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə azərbaycanlı qadın həbs olundu

Türkiyənin Çanaqqala vilayətində R.Y. adlı yerli sakini evlənmək adı ilə aldadaraq 800 min lirə (təxminən 29200 manat) pulunu almaqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, M.H. adlı azərbaycanlı qadın ölkədən qaçmağa cəhd edərkən Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Ərzurum şəhərində ələ keçirilib.

Məlum olub ki, M.H. bir televiziya proqramında evlənmək üçün çıxan R.Y. adlı Türkiyə vətəndaşının 800 min lirə pulunu mənimsəyib.

O, R.Y. ilə evlənmək adı ilə həmin vəsaiti ondan alıb və Azərbaycana qaçmaq istəyərkən Çanaqqala polis əməkdaşları tərəfindən Türkiyə Baş Prokurorluğunun koordinasiyasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Ərzurumda tutularaq nəzarətə alınan şübhəli M.H. iyunun 24-də məhkəmə tərəfindən həbs edilib. Hadisə ilə əlaqəsi olduğu və vasitəçilik etdiyi müəyyən edilən digər şübhəli K.T. Çanaqqalanın Lapseki rayonunda tutulub və iyunun 24-də məhkəmə onu da həbs edib.

Tarix
2026.06.26 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla