Yuxarı

Toyda 13 yaşlı qızı qaçırdı: 8 il sonra həbs olundu...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toyda 13 yaşlı qızı qaçırdı: 8 il sonra həbs olundu...

İmişlidə yerləşən restoranların birində keçirilən toy məclisindən 13 yaşlı yeniyetməni evlənmək məqsədilə qaçıran 1988-ci il təvəllüdlü Cavanşir İsmayılov 8 il sonra həbs olunub.

Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, Cavanşir İsmayılov öz əmisi oğlunun toy məclisində yeniyetmə qızı görüb və onu bəyənib. Rəqs zamanı isə Cavanşir qıza onu qaçırmaq istədiyini bildirib, yeniyetmə isə buna etiraz etməyib. Toydan birlikdə qaçan şəxslər 8 ay birgə yaşayıb, sonra qız müxtəlif səbəblərə görə ailəsinin yanına qayıtmaq məcburiyyətində qalıb.

Sözügedən toy məclisi 2018-ci ildə baş versə də, istintaqdan yayınan C.İsmayılov bu il Gürcüstanda saxlanılıb. Barəsində axtarış elan olunan təqsirləndirilən şəxs Gürcüstan daxili işlər orqanları tərəfindən saxlanıldıqdan sonra Azərbaycana ekstradisiya olunub.

Cavanşir İsmayılov Cinayət Məcəlləsinin 152.2-ci maddəsi üzrə təqsirli bilinib.

Tarix
2026.06.27 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla