Yuxarı

İkinci qəbul imtahanı asan olacaq? - Nuri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İkinci qəbul imtahanı asan olacaq? - Nuri

Qəbul imtahanlarının ikinci cəhdi ilə bağlı "ödənişlidir deyə daha asan olacaq" fikri doğru deyil.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu "AzEdu Podkast"ında danışan təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib.

O vurğulayıb ki, belə iddialar reallığı əks etdirmir:

"Bu fikir başdan-ayağa mifdir. İkinci qəbul imtahanının ödənişli olması onun daha asan keçiriləcəyi anlamına gəlmir".

Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzində suallar beynəlxalq testologiya prinsiplərinə uyğun hazırlanır və imtahanların çətinlik səviyyəsi xüsusi balans əsasında müəyyən edilir:

"İstər birinci, istərsə də ikinci cəhd olsun, testologiyanın prinsipləri dəyişmir. Sualların asan, orta və çətin səviyyəsi əvvəlcədən balanslaşdırılır. Buna görə də ikinci cəhdin xüsusi olaraq daha rahat keçiriləcəyini gözləmək düzgün deyil".

Onun sözlərinə görə, ikinci imtahanın əsas üstünlüyü sualların asan olması yox, abituriyentin psixoloji baxımdan daha rahat imtahana girməsidir:

"Birinci cəhddə müəyyən nəticə əldə edən abituriyent ikinci imtahana daha az gərginliklə gedir. Məhz bu psixoloji rahatlıq ona daha yaxşı nəticə göstərməyə kömək edə bilər. Amma bu, imtahanın özü ilə deyil, abituriyentin psixoloji vəziyyəti ilə bağlıdır".

Elmin Nuri vurğulayıb ki, ikinci qəbul imtahanı barədə sosial şəbəkələrdə yayılan əsassız iddialara inanmaq düzgün deyil və abituriyentlər hazırlıqlarını eyni məsuliyyətlə davam etdirməlidirlər.

Tarix
2026.06.27 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla