Yuxarı

Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...

Milli Məclis Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilməsini ilk oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, qumar oyunları:

- virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə;

- yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;

- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan sanksiyaya görə cərimənin məbləği konkret aralıqda (10 min manatdan 15 min manatadək) nəzərdə tutulduğu halda layihəyə əsasən cərimə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda müəyyən ediləcək.

Həmçinin, dəyişikliklə qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildiyi, xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildiyi və s. hallar üçün də cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.

Belə ki, mövcud qanunvericiliyə görə qeyd olunan əməllər təkrar törədildikdə 4 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihədə isə təklif olunur ki, bu müddət müvafiq olaraq 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Tarix
2026.06.30 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla