Yuxarı

Almaniyada şəhid övladlarının Yay Düşərgəsi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada şəhid övladlarının Yay Düşərgəsi...

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin və Azərbaycan Hava Yolları QSC-nin tərəfdaşlığı, "Azərlotereya" ASC-nin sponsorluğu və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 2–9 iyul tarixlərində Almaniyanın Berlin şəhərində tələbə şəhid övladları üçün keçirilən "Əmanətə Sədaqət" yay düşərgəsi yekunlaşıb.

Axar.az xəbər verir ki bir həftə davam edən düşərgə çərçivəsində iştirakçılar Almaniyanın tarixi, mədəni və elmi həyatı ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Səfər çərçivəsində iştirakçılar Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevlə görüşərək ölkədəki diplomatik fəaliyyət, ikitərəfli əməkdaşlıq gündəliyi və Almaniyadakı Azərbaycan diasporunun fəaliyyəti barədə məlumatlar əldə ediblər.

Proqram müddətində tələbə şəhid övladları Berlinin rəmzlərindən sayılan Brandenburq qapısını ziyarət edərək bu tarixi abidənin memarlıq xüsusiyyətləri, Almaniyanın birliyi, azadlığı və sülhün simvolu kimi əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər. İştirakçılar həmçinin Berlin şəhər kitabxanasında (ZLB) müasir infrastruktur, zəngin kitab fondu və oxucular üçün yaradılmış imkanlarla tanış olublar.

Səfər çərçivəsində iştirakçılar Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Almaniyada yaşayan gənc azərbaycanlılarla görüş keçiriblər. Görüş zamanı xaricdə yaşayan soydaşlarımızın təcrübələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Ekskursiya proqramı çərçivəsində iştirakçılar "Berliner Siegessäule"ni ziyarət edərək müşahidə meydançasından şəhərin möhtəşəm panoramasını izləyib, Şpree çayı boyunca gəmi turuna çıxaraq Berlinin ən məşhur memarlıq abidələrini seyr ediblər. Daha sonra Kaiser Wilhelm Memorial kilsəsi ilə tanış olan gənclər, İkinci Dünya müharibəsinin izlərini daşıyan bu tarixi abidənin sülhün rəmzi kimi əhəmiyyəti barədə məlumat əldə ediblər. Səfər çərçivəsində düşərgə iştirakçıları "Tiergarten" parkında maraqlı və əyləncəli vaxt keçirib, Berlin Zooloji Park və Akvariumunda müxtəlif heyvan və sualtı canlılarla tanış olaraq ekskursiyanı unudulmaz təəssüratlarla başa vurublar.

Proqram çərçivəsində Almaniyanın aparıcı ali təhsil müəssisələrindən olan “Humboldt” və “SRH Hochschule Berlin” universitetlərini ziyarət edən iştirakçılar universitetlərin zəngin akademik ənənələri, müasir təhsil infrastrukturu və elmi-tədqiqat mühiti ilə yaxından tanış olublar. Həmçinin iştirakçılar “Avropa Evi”ni ziyarət edərək burada Avropa İttifaqının fəaliyyəti, əsas dəyərləri, qərar qəbuletmə mexanizmləri və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə təqdimatı dinləyiblər. Proqram çərçivəsində "DRIVE. Volkswagen Group Forum"a təşkil olunan ziyarət zamanı iştirakçılar avtomobil sənayesində tətbiq olunan innovativ texnologiyalar, dayanıqlı mobillik konsepsiyası və gələcəyin nəqliyyat həlləri ilə yaxından tanış olublar.

"Əmanətə Sədaqət" düşərgəsi iştirakçıları Almaniyanın ən gözəl və tarixi şəhərlərindən biri olan Drezdenin məşhur məkanlarını da ziyarət ediblər. Ekskursiya şəhərin mərkəzi sayılan "Theaterplatz" meydanından başlayıb. Burada dünya memarlığının incilərindən hesab olunan "Semperoper" opera binası, möhtəşəm "Hofkirche" kilsəsi və Elba çayının valehedici mənzərəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Səfər zamanı iştirakçılar "Dresden Residenzschloss" – Drezden sarayını, Saksoniya hökmdarlarının tarixini əks etdirən, 102 metr uzunluğunda möhtəşəm çini mozaika olan "Fürstenzug" abidəsini, İkinci Dünya müharibəsindən sonra yenidən bərpa edilən "Frauenkirche" kilsəsini, "Neumarkt" meydanını, "Großer Garten" parkını və Elba çayına açılan möhtəşəm panoraması ilə məşhur "Brühlsche Terrasse" - Avropanın Balkonu adlandırılan füsunkar məkanı ziyarət ediblər.

Bundan əlavə, düşərgə iştirakçıları Holokost qurbanlarının xatirəsinə ucaldılmış "Memorial to the Murdered Jews of Europe" abidəsini, Almaniya Bundestaqının yerləşdiyi “Reichstag” binasını və Muzeylər adasını ziyarət edərək Berlinin mədəni irsi ilə yaxından tanış olublar. İştirakçılar həmçinin “Kurfürstendamm” və “Wilmersdorfer” küçələrində, “Checkpoint Charlie”də, “Alexanderplatz”da gəzinti ediblər və Berlin teleqülləsini (Berliner Fernsehturm) ziyarət ediblər.

Düşərgə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən intellektual yarışla yekunlaşıb. Gərgin mübarizə şəraitində keçən yarışın ardından bütün iştirakçılara sertifikatlar təqdim olunub. Qeyd edək ki, 2–9 iyul 2026-cı il tarixlərində keçirilən düşərgədə yerli və xarici universitetlərdə təhsil alan, yüksək akademik göstəricilərə malik 23 şəhid övladı iştirak edib.

Tarix
2026.07.09 / 10:56
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla