Yuxarı

Arzum üçün imza toplanır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arzum üçün imza toplanır - Foto

"Arzum 9999" ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevaya dəstək məqsədilə onlayn petisiya başladılıb.

Axar.az Sfera.az-a istinadla xəbər verir ki, müxtəlif sosial şəbəkə qruplarında yayılan paylaşımlarda vətəndaşlara petisiyanı imzalamaq çağırışı edilir.

Paylaşım müəllifləri İlduzə Hacıyevanın haqsız yerə həbs olunduğunu iddia edərək kampaniyaya dəstək istəyiblər.

Yayılan müraciətdə bildirilir ki, petisiya kifayət qədər imza topladıqdan sonra Prezident Administrasiyasına, Ombudsmana və digər aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.

Paylaşım müəllifi İlduzə Hacıyevanı şəxsən tanımadığını, lakin haqsızlıq olduğunu düşündüyü üçün təşəbbüsə qoşulduğunu da qeyd edib.

Hazırda petisiyada 242 nəfərin imza atdığı görünür. Kampaniya müəllifləri yaxın vaxtlarda imza sayını 500-ə çatdırmağı hədəflədiklərini bildirirlər.

Qeyd edək ki, petisiyada və sosial şəbəkələrdə səsləndirilən iddialar kampaniya təşkilatçılarına məxsusdur. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Tarix
2026.07.09 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla