Yuxarı

İsmayıllıda torpaq sürüşməsi: üç ailənin yaşadığı ev...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsmayıllıda torpaq sürüşməsi: üç ailənin yaşadığı ev...

İsmayıllıda torpaq sürüşməsi olub, üç ailənin yaşadığı ev yararsız vəziyyətə düşüb.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonunun Bizlan kəndində qeydə alınıb.

Belə ki, təbii hadisə nəticəsində Xasiyev Müslüm Məhərrəm oğluna məxsus iki mərtəbəli yaşayış evi ciddi zərər görərək yaşayış üçün yararsız vəziyyətə düşüb. Yəni, üç ailənin məskunlaşdığı evin bir hissəsi çöküb.

Hadisə yerində aidiyyəti qurumların əməkdaşları tərəfindən ilkin araşdırmalar aparılıb.

Məslə ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, iyulun 10-da baş vermiş hadisə ilə əlaqədar Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən operativ araşdırma aparılıb, müvafiq məlumatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd olunub ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılıb. Yaxın günlərdə yaradılacaq xüsusi komissiya əraziyə baxış keçirəcək, sürüşmənin miqyası və dəymiş ziyanın həcmi müəyyənləşdirilərək müvafiq qərar qəbul olunacaq.

Rayon İcra Hakimiyyəti vurğulayıb ki, məsələ nəzarətdə saxlanılır və nəticələrin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Tarix
2026.07.11 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla