Yuxarı

Bakıda beynəlxalq konfrans keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda beynəlxalq konfrans keçirildi

Bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, tədbirdə keçmiş və hazırkı müstəmləkə ərazilərini təmsil edən media nümayəndələri ilə yanaşı, jurnalistlər, ekspertlər, diplomatlar, dövlət qurumlarının nümayəndələri, diaspor və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Konfrans çərçivəsində iki panel müzakirəsi keçirilib.

BTQ-nin icraçı direktoru Abbas Abbasov çıxışında bildirib ki, media dekolonizasiya prosesinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır.

Konfransda vurğulanıb ki, jurnalistlər və sosial media influenserləri dekolonizasiya ilə bağlı doğru məlumatın yayılması, saxta narrativlərlə mübarizə və beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində bir-birini tamamlayan tərəfdaşlar olmalıdır.

Qeyd edilib ki, mətbuat obyektiv və qərəzsiz informasiya təqdim etməklə dekolonizasiya prosesinə dair demokratik müzakirələrin inkişafına və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verə bilər.

Sonda Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu (INHEI) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Tarix
2026.07.11 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla