Yuxarı

Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heyvanlarla bağlı yeni tələblər daxili daşımalara şamil edilir?

Heyvanların daşınması ilə bağlı yeni tələblər yalnız ölkəyə idxal olunan heyvanlara aiddir, daxili daşınmalarda tətbiq edilmir.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, ölkə daxilində daşınmalarda istifadə olunan nəqliyyat vasitələri də heyvanların fizioloji tələbatlarına uyğun olmalıdır. Bu isə qiymətlərin bahalaşmasına və ya məhsullarla təminatın zəifləməsinə səbəb olacaq amil deyil.

Qalib Əbdüləliyev qeyd edib ki, son dövrlərdə ölkədə bioloji təhlükəsizliyin təmin olunması, xarici ölkələrdən keçə bilən xəstəliklərin qarşısının alınması məqsədilə sərhəd-baytarlıq nəzarəti tədbirləri gücləndirilib:

“Hazırda Gürcüstanla dövlət sərhədində, Qırmızı Körpü gömrük-sərhəd buraxılış məntəqəsinin ərazisində xüsusi baytarlıq nəzarət məntəqəsi fəaliyyət göstərir və gələcəkdə bu təcrübənin daha da genişləndirilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, həmin məntəqədə heyvanlar baytarlıq müayinəsindən keçirilir, zərurət yarandıqda laborator analizlər aparılır, xəstə heyvanlar kənarlaşdırılır və digər müvafiq tədbirlər həyata keçirilir:

“Qeyd etmək istərdim ki, bəzi hallarda xəstəlik aşkar edildiyinə görə ölkəmizə gətirilən heyvanların mənşə ölkəsinə geri qaytarılması faktları da qeydə alınıb. Təklif olunur ki, heyvanların daşınması yalnız standart nəqliyyat vasitələrində həyata keçirilsin. Onu da qeyd etmək yerinə düşər ki, bu təcrübə artıq tətbiq olunur və ölkəmizə idxal edilən heyvanların böyük əksəriyyəti standart nəqliyyat vasitələri ilə daşınır. Bununla belə, hələ də qismən uyğunlaşdırılmış nəqliyyat vasitələrindən istifadə hallarına rast gəlinir.

Sahibkarları çətin vəziyyətdə qoymamaq və onların yeni tələblərə uyğunlaşmasına şərait yaratmaq məqsədilə bu ilin sonunadək hazırlıq dövrünün müəyyən edilməsi, növbəti ildən etibarən isə heyvanların yalnız standart nəqliyyat vasitələri ilə daşınmasının məcburi qaydada tətbiq olunması barədə qərar qəbul edilib”.

Qeyd edək ki, AQTA ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib.

Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək.

Keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub.

Tarix
2026.07.11 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident "Xankəndi" otelinin açılışında - Foto

Pelleqrini Ağdama gəlir

Trampın İrana zərbə qərarı: ABŞ bu ölkələri “itirir”

İlham Əliyev Xurelsuxaya məktub göndərdi

Zakir Həsənov Ərdoğanla eyni tədbirdə - Foto

Trampın Xameneinin dəfni ilə bağlı tələbi...

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bakı bu ölkədə "ASAN xidmət"ə dəstək verəcək

Erməni cinayətkarların apellyasiya məhkəməsi keçirildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla