Yuxarı

Bu ayranlarda jeleyəbənzər maddə niyə yaranır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ayranlarda jeleyəbənzər maddə niyə yaranır?

Təbii üsulla hazırlanan ayranda əsasən qatıq, su və duzdan istifadə olunur. Lakin sənaye üsulu ilə istehsal edilən ayranlarda məhsulun homogenliyini qorumaq, suyunun ayrılmasının qarşısını almaq və saxlanma müddətini uzatmaq məqsədilə müxtəlif stabilizatorlardan və digər qida əlavələrindən istifadə edilir.

Bu sözləri Axar.az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova sənaye ayranlarının tərkibi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bu maddələr suyun ayranın tərkibinə daha yaxşı bağlanmasını təmin etdiyindən, sonradan əlavə su qatıldıqda jeleyə və ya gelə bənzər hissəciklər əmələ gəlir:

“Ayranda müşahidə olunan bu cür hissəciklərin yaranması əsasən homogenləşmə prosesi, süd zülalı konsentratından istifadə edilməsi və ya məhsulun xammal kimi quru süddən hazırlanması ilə əlaqədardır. Məhz bu səbəbdən sənaye üsulu ilə istehsal olunan ayranla ev şəraitində hazırlanan ayranın tərkibi, qatılığı və xüsusiyyətləri bir-birindən fərqlənir. Sənaye üsulu ilə istehsal olunan ayranları alarkən onların tərkibinə əlavə su və lazımsız qatqı maddələrinin daxil edilməməsinə diqqət yetirilməlidir. Həmçinin məhsulu alarkən istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və tərkibi diqqətlə yoxlanılmalıdır. Tərkibində çoxlu kimyəvi qatqılar olan məhsulların isə gündəlik istifadəsi məsləhət görülmür”.

Tarix
2026.07.13 / 14:22
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla