Yuxarı

Kəmaləddin Heydərov Matuş Şutoy-Eştok ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Matuş Şutoy-Eştok ilə görüşdü

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Slovakiya Respublikasının Prezidenti cənab Peter Pelleqrininin ölkəmizə rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə iki ölkə liderlərinin siyasi uzaqgörənliyi və qarşılıqlı etimadı sayəsində Azərbaycan ilə Slovakiya arasında dostluğa, hörmətə və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu məmnunluqla qeyd edilib, bu çərçivədə iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.

Nazir Kəmaləddin Heydərov slovakiyalı nazir Matuş Şutay-Eştoka Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, o cümlədən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazisində həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə ətraflı məlumat verib. Keçirilən görüşün iki qurum arasında təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə üzrə müxtəlif istiqamətlərdə, o cümlədən mülki müdafiə, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasetmə fəaliyyətinin təşkili və digər sahələrdə əməkdaşlıq və təcrübə mübadiləinin aparılması üçün möhkəm zəmin yaradacağına əminlik ifadə olunub.

Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok səmimi görüşə görə təşəkkür edib, Azərbaycan və Slovakiyanın uyğun qurumları arasında fövqəladə halların idarə edilməsi üzrə çoxşaxəli əməkdaşlıq üçün mövcud potensialdan istifadənin qarşılıqlı faydasını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2026.07.14 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla