Yuxarı

10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 nəfərin öldüyü yanğın: onların cəzası azaldıldı

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirləndirilən şəxslərin barəsində olan hökmdən onların vəkilləri və zərərçəkənlərin hüquqi varislərinin verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkənin hüquqi varisləri Aydın Rüstəmov və Tural Həsənovla barışıq əldə edildiyi məlum olub. Bildirilib ki, onların hər ikisi şikayətini geri götürüb.

Daha sonra məhkəmədə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin kassasiya şikayəti qismən təmin edilib və hər iki təqsirləndirilənin cəzası daha 6 ay azaldılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb. Eyni zamanda məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərə Amnistiya aktı şamil edilib və hər birinin cəzası 6 ay azaldılaraq 5 il 6 aya endirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb. İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2026.07.15 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər 30 ildə 3 metr dayazlaşıb

Baş nazir Qətərin Azərbaycandakı səfirliyində... - Foto

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycanlıların da olduğu vurulan gəmi... - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla