Yuxarı

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü -

00:07

Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.

***

Salyan rayonunda 26 yaşlı çobanın 85 baş qoyun-quzu ilə birlikdə itkin düşməsi ilə bağlı müəyyən təfərrüat məlum olub.

İtdiyi ehtimal olunan 55 qoyun və 30 keçini özü ilə aparan çoban R.Rüstəmovun daha sonra həmin heyvanların 14-nü mənimsədiyi müəyyənləşib.

R.Rüstəmovun eyni əməli əvvəllər də törətdiyi bildirilib.

Tarix
2026.07.23 / 10:58
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla