Yuxarı

Tiflisə getmək istəyənlərə sevindirici xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisə getmək istəyənlərə sevindirici xəbər

Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı–Tiflis–Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir.

Bu barədə Axar.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, görülən işlər nəticəsində qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart+ sinif vaqon əlavə olunub. Nəticədə sərnişin vaqonlarının sayı vaqon-restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Beləliklə, ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təqribən 2,2 dəfə (120%) artırılıb.

Əlavə vaqonların istismara verilməsi daha geniş seçim və daha çox sərnişinə səyahət imkanı yaradır.

Marşrut üzrə müşahidə olunan yüksək doluluq dəmir yolu ilə beynəlxalq sərnişindaşımaya marağın artdığını göstərir. İndiyə qədər bu marşrut üzrə 23 000-ə yaxın sərnişin daşınıb. Qatarların doluluq göstəricisi 100% olub.

Gürcüstandan Azərbaycan istiqamətində tələbatın olduqca yüksək olması səbəbindən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir.

Tarix
2026.07.24 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla