Yuxarı

Xəstənin görüntüsü icazəsiz paylaşılarsa, cəzası... - Vəkil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəstənin görüntüsü icazəsiz paylaşılarsa, cəzası... - Vəkil

Son illər tibbi əməliyyat prosesindən çəkilən görüntülərin sosial şəbəkələrdə paylaşılması hallarına daha çox rast gəlinir. Bəzi hallarda bu cür videolar tibbi maarifləndirmə, yeni müalicə üsullarının təqdimatı və ya həkimin peşəkar fəaliyyətinin nümayişi məqsədi daşısa da, həmin görüntülərin paylaşılması etik və hüquqi baxımdan bir sıra suallar yaradır.

Axar.az xəbər verir ki, həkim apardığı uğurlu əməliyyatı, mürəkkəb tibbi müdaxiləni və əldə olunan nəticəni ictimaiyyətə təqdim etmək istəyə bilər. Lakin burada əsas məsələ xəstənin şəxsi məlumatlarının və tibbi sirrinin qorunmasıdır. Əməliyyat zamanı çəkilən görüntülər təkcə tibbi proses deyil, eyni zamanda pasiyentin şəxsi həyatına aid məlumat hesab olunur.

Bəs həkim xəstənin razılığı olmadan əməliyyat görüntülərini, müalicə prosesini və nəticələrini sosial şəbəkələrdə paylaşa bilərmi? Bu zaman xəstənin hüquqları necə qorunur? Görüntülərdə şəxsin kimliyi görünməsə belə, həmin materialların yayılması üçün pasiyentin əvvəlcədən məlumatlandırılmış razılığı tələb olunurmu?

Bizim.media mövzuyla əlaqədar hüquqşünas Ramil Süleymanovun fikirlərini öyrənib.

O bildirib ki, xəstənin məlumatı olmadan onun hər hansı bir xəstəliklə bağlı görüntülərinin paylaşılması şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasıdır və xəstənin bununla əlaqədar həkimə, xəstəxanaya qarşı iddia qaldırmaq, maddi, mənəvi zərəri tələb etmək hüququ var:

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı, "Şəxsi həyatın toxunulmazlığını pozma" maddəsi, o cümlədən 309-cu, "Vəzifə səlahiyyətlərini aşma" maddəsiylə həmin həkimlər barəsində cinayət işi başlanıla bilər", - deyə müsahibimiz vurğulayıb.

Bəs həmin həkimi hansı məsuliyyət gözləyir?

"Belə halda həkimə aparılan istintaq nəticəsində məhkəmə tərəfindən 2000-dən 4000 manata qədər məbləğdə cərimə cəzası 2 ilə qədər islah işləri cəzası verilə bilər. Həmçinin 3 ilə qədər müddətə müəyyən vəzifə tutma, fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmək və 3 ilə qədər azadlıqdan məhrumetmə cəzaları da təyin oluna bilər", - deyə Ramil Süleymanov qeyd edib.

Tarix
2026.07.25 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla