Yuxarı

Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi

İyulun 24-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 2026-cı il üçün Azərbaycanın idman paytaxtı seçilən Qazaxda avarçəkmə tədbiri keçirilib.

Axar.az xəbər verir ki, Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində təşkil olunan tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının idmançı və məşqçi heyəti ilə yanaşı, rayon sakinləri də iştirak edib. Tədbir zamanı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirakçıları salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib.

Daha sonra kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar baş tutub. Ardınca su idman növlərinə maraq göstərən yerli sakinlərə peşəkar məşqçilər tərəfindən həvəskarlar üçün nəzərdə tutulmuş kayak qayığının idarə edilməsi yönündə təlimlər keçilib. Onlara avarçəkmə idmanında özünü sınamaq imkanı yaradılıb. Tədbir yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, federasiya su idman növlərinin ölkəmizdə coğrafiyasının genişləndirilməsi və daha çox kütləyə çatdırılması üçün bu cür tədbirlərin müxtəlif bölgələrdə mütəmadi keçirilməsini planlaşdırıb.

Tarix
2026.07.25 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla