Yuxarı

“Səsiniz olaq” xidmətindən 1000-dək şəxs faydalanıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Səsiniz olaq” xidmətindən 1000-dək şəxs faydalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin "Səsiniz olaq" onlayn surdotərcümə xidmətindən fəaliyyətə başladığı dövrdən ötən 1 il ərzində 1000-dək şəxs faydalanıb.

Ötən ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsi işini yerinə yetirir.

Xidmət vasitəsilə işarət dilini bilən operator eşitmə və nitq məhdudiyyətli şəxs ilə müraciət edilən qurum arasında virtual körpü rolunu oynayaraq real vaxt rejimində onlayn surdotərcümə xidmətini həyata keçirir.

Qeyd edək ki, bu inklüziv xidmət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionu üzrə ən yaxşı təcrübələrdən biri kimi qiymətləndirilib. "Səsiniz olaq" xidməti ÜST-nin Avropa regionunda əlilliyi olan şəxslər üçün əlçatanlığın, müyəssərliyin, inklüziv mühitin və sosial inteqrasiyanın təmin edilməsi sahəsində uğurlu təcrübələri özündə əks etdirən nəşrinə daxil edilib.

Xidmətdən yararlanmaq istəyən vətəndaşlar “mygov” tətbiqi vasitəsilə xidmətə keçid edə və ya 055 213 19 97 əlaqə nömrəsinə Vatsap və ya Teleqram platformaları vasitəsilə müraciət edə bilərlər. Xidmət bazar günü istisna olmaqla, həftənin 6 günü – bazar ertəsindən şənbə gününədək saat 09:00–16:00 aralığında fəaliyyət göstərir.

Tarix
2026.08.03 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla