Yuxarı

Speys TV-nin yayımı dayandırıla bilər - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Speys TV-nin yayımı dayandırıla bilər - Səbəb

Rəqəmsal yayıma keçidlə əlaqədar Speys Müstəqil Teleradio Şirkəti (Speys TV) hazırlıq işlərini hələ də yekunlaşdırmayıb.

Ölkə.az saytının əldə etdiyi məlumata görə, Azərkosmos Açıq Səhmdar Cəmiyyəti (ASC) Speys TV-də rəqəmsal yayıma hazırlıq işlərinə baxış keçirsə də, ancaq telekanalın buna hazır olmaması müəyyən edilib.

Noyabrın 1-dən Azərbaycanda rəqəmsal yayıma keçid əlaqədar sözügedən telekanalın istifadə etdiyi texniki avdanlıqlara baxış keçirilən zaman məlum olub ki, Speys TV-də istifadə olunan texniki avadanlıqlar Azərkosmos Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus Azərspeys-1 peykinin Azərbaycan paketində yayımın tələblərinə cavab vermir.

Telekanal rəhbərliyinə tövsiyə olunub ki, "Xəzər", "Azad Azərbaycan" və "Lider" televiziya kanalları rəqəmsal yayıma artıq hazır olduğu üçün Speys TV də bu prosesi tezləşdirməlidir. Əks təqdirdə yayımdan məhrum ola bilər. Çünki noyabrın 1-ə az müddət qalsa da, Speys TV rəqəmsal yayım üçün tələb olunan texniki avadanlıqlara hələ də yiyələnməyib.

Xatırladaq ki, noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan televiziya kanallarına baxmaq mümkün olmayacaq. Çünki Milli Televiziya və Radio Şurası həmin tarixdən etibarən ölkədə analoq yayımın dayandırılacağını açıqlayıb.

Tarix
2016.10.08 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla