Yuxarı

"Azərişıq" Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərişıq" Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırdı

"Azərişıq" ASC Gədəbəyin bir sıra kənd və qəsəbələrində elektrik təsərrüfatını yenidən qurur.

ASC-dən Axar.az-a verilən məlumata görə, görülən işlər nəticəsində Zəhmətkənd kəndinin 0,4 və 10 kV-luq elektrik şəbəkəsi yenisi ilə əvəzlənib, abonentlər fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunublar.

Kənddə 0,4 və 10 kV-luq yeni metal dayaqlar əkilib, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Həmçinin yaşayış məntəqəsində 9 ədəd Komplekt Transformator Məntəqəsi (KTM), eləcə də yeni elektron tipli sayğaclar quraşdırılıb.

Yenidənqurma işləri təkcə Zəhmətkəndlə məhdudlaşmır. "Azərişıq" Gədəbəyin ümumilikdə 6 kəndində – Arısu, Zəhmətkənd, Xarxar, Əlinağılar, Arıqıran və Qasımlıda elektrik şəbəkəsini tamamilə yeniləyir. Sadalanan kəndlərdə ümumilikdə 30 ədəd KTM quraşdırılıb. Bununla yanaşı Söyüdlü və Soyuqbulaqda da hər birində 250 kVA gücündə olmaqla yeni güc mərkəzləri yaradılıb.

Arıqıran kəndində yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yaşayış məntəqəsinin 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənib, 9 ədəd müasir tipli KTM və yeni sayğaclar quraşdırılıb.

Növbəti mərhələdə Çanaqçı, Kərimli və İnəkboğan kəndlərinin elektrik şəbəkəsi yenilənəcək.

Qeyd edək ki, "Azərişıq" ölkənin bütün regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Tarix
2026.08.04 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla