Yuxarı

Dəmir yolunda təhlükəsizlik belə gücləndirilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəmir yolunda təhlükəsizlik belə gücləndirilir - Foto

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları"nı təsdiq edib.

Axar.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Qeyd olunub ki, qaydalar "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında nəzərdə tutulan Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt dəmiryol xətlərinin təkmilləşdirilməsi, həmçinin Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Yeni Suraxanı–Hövsan və Güzdək–Qaradağ dəmiryol xətlərinin bərpası layihələrinin icrasını təmin etmək məqsədi daşıyır.

Sənədə əsasən, dəmir yolunun təhlükəsizlik zonası dəmiryol xəttinin oxunun hər iki istiqamətində 11 metr məsafəni əhatə edən xüsusi istifadə rejimli torpaq sahələri hesab ediləcək.

Qaydalara uyğun olaraq, ADY təhlükəsizlik zonasında dəmiryol xəttinin oxunun hər iki tərəfində 9 metr məsafədə, hündürlüyü yer səthindən 2,20 metrdən artıq olmayan qoruyucu çəpərlər və ya torlar quraşdıracaq.

Bundan əlavə, insanların, nəqliyyat vasitələrinin və heyvanların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə avtomobil yolları ilə dəmir yolunun kəsişmələrində qatarların hərəkət tezliyi və avtomobillərin hərəkət intensivliyi nəzərə alınmaqla müxtəlif səviyyəli və ya qorunan xüsusi keçidlər təşkil ediləcək.

Qaydalara əsasən, təhlükəsizlik zonasının mühafizəsi məqsədilə ərazi videomüşahidə sistemləri ilə təchiz olunacaq və 24/7 rejimində nəzarətdə saxlanılacaq.

Sənədə görə, təhlükəsizlik zonasında digər təyinatlı bina, tikili və qurğuların yerləşdirilməsinə və inşasına icazə verilməyəcək.

Qeyd edək ki, ADY son illər sərnişinlərin və dəmir yolu infrastrukturu ətrafında yaşayan əhalinin təhlükəsizliyinin artırılması məqsədilə dəmiryol infrastrukturunun modernləşdirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Bu çərçivədə maarifləndirmə tədbirləri təşkil olunur, keçidlərdə infrastruktur yenilənir, yol nişanları təkmilləşdirilir, həmçinin Abşeron dairəvi dəmir yolu marşrutu və Kürdəmir sahəsində ümumilikdə 100 min metr uzunluğunda qoruyucu hasarlar quraşdırılıb.

Tarix
2026.08.04 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

ATƏT-in sədri Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla