Yuxarı

Zaqatalada dağ çaylarına ağır texnika cəlb edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada dağ çaylarına ağır texnika cəlb edildi - Foto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədilə idarənin irihəcmli texnikaları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bu barədə Axar.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, hazırda Talaçayın sağ və sol sahillərində Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Höytala və Yolayrıc kəndləri ərazilərində sahilbərkitmə işləri həyata keçirilir. Bununla yanaşı, Muxaxçayda Yuxarı Çardaxlar, Mamrux, Zəyəm, Çobankol və Suvagil kəndləri ərazilərində, Katexçayın sol sahilində Paşan kəndi ərazisində, həmçinin Bəkməzçayda Car və Axaxdərə kəndləri ərazilərində daşqın riski yüksək olan zonalarda məcratəmizləmə və sahilbərkitmə tədbirləri davam etdirilir. Görülən işlərin əsas məqsədi yaşayış məntəqələrinin, kənd təsərrüfatı sahələrinin və mühəndis-kommunikasiya infrastrukturlarının sel və daşqın sularının yaratdığı təhlükələrdən qorunmasını təmin etməkdir.

Məlumata əsasən, Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində əkin sahələrinin suvarılması, sel və daşqınlara qarşı mübarizə tədbirləri ilə yanaşı əhalinin keyfiyyətli içməli su təchizatını da həyata keçirir. Bu istiqamətdə də hazırda şəhər ərazisində mütəmadi işlər aparılır. İçməli suyun verilişində fasilələrin yaranmaması üçün baş verən qəzalar operativ şəkildə aradan qaldırılır. Bununla yanaşı son vaxtlar yağan intensiv yağışlar nəticəsində çaylara gələn sel suları içməli su mənbəsində də fəsadlar yaradıb ki, artıq bu fəsadların aradan qaldırılması istiqamətində də xeyli işlər görülüb.

Xatırladaq ki, iyulun əvvələrində Şimal-qərb bölgəsində leysan xarakterli güclü yağışlar yağıb. Nəticədə dağ çaylarından sel keçib. Ətraf əraziləri sel sularından mühafizə etmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, çaylara ağır texnikalar yönləndirilib. Hazırda rayondan axan bütün dağ çayları nəzarətdə saxlanılır.

Tarix
2026.08.05 / 09:40
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla