Yuxarı

Yol polisindən sürücülərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib.

Qurumdan Axar.az-a verilən məlumata görə, təhlillərə əsasən, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmaması olub.

Bildirilib ki, bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə də şəhərdaxili yollarda nəqliyyat axınının intensiv olduğu şəraitdə ağır nəticələrə səbəb olur. Ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir.

Məlumatda qeyd olunub ki, qarşıdakı nəqliyyat vasitəsi ilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun.

Tarix
2026.08.05 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla