Yuxarı

Neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi

“Veysəloğlu MMC” sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə davam edir.

Axar.az xəbər verir ki, şirkətin həyata keçirdiyi “Dost Əllər” layihəsi çərçivəsində, Dr. Oetker markasının tərəfdaşlığı ilə Kaşalata Cafedə neyromüxtəlifliyi olan gənclər üçün xüsusi masterklass təşkil olunub.

Masterklass Xonça Fabrikinin baş texnoloqu Elnur Zeynalovun rəhbərliyi ilə baş tutub. Tədbir zamanı autizmli gənc Həmzə cupcake-lər hazırlayıb, digər iştirakçılar isə onları böyük həvəslə bəzəyərək prosesdə fəal iştirak ediblər.

Layihənin əsas məqsədi neyromüxtəlifliyi olan gənclərin sosial inteqrasiyasına dəstək vermək, onların yeni bacarıqlar əldə etmələri üçün imkan yaratmaq, yaradıcılıq potensialını təşviq etmək və faydalı, öyrədici mühitdə xoş təcrübələr qazanmalarına töhfə verməkdir.

“Veysəloğlu MMC” sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə, inklüziv təşəbbüslərin genişlənməsinə və cəmiyyət üçün davamlı dəyər yaratmağa davam edir.

Tarix
2026.08.05 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla