Yuxarı

Azərbaycanda ən populyar mobil telefonlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ən populyar mobil telefonlar

Azərbaycan bazarında ən populyar mobil cihazların adı açıqlanıb.

Axar.az xəbər verir ki, “Global Stats” Statistika Mərkəzinin məlumatları əsasında Trend-in apardığı hesablamalara görə, 2026-cı ilin iyul ayının yekunlarına əsasən, "Samsunq" smartfon və mobil telefonları Azərbaycanda populyarlığına görə liderliyini qoruyub.

Azərbaycanın smartfon bazarında "Samsunq"un payı əvvəlki ayla müqayisədə 0,27 faiz bəndi azalaraq 43,57 faiz təşkil edib.

Cari ilin iyun ayı ilə müqayisədə "Xiaomi"nin bazar payı 3,22 faiz bəndi artaraq 29,96 faizə yüksəlib. "Apple" smartfonlarının bazar payı isə 14,37 faiz olub. Bu göstərici əvvəlki ayla müqayisədə 1,22 faiz bəndi azalıb.

Mobil cihaz istehsalçıları arasında növbəti yerdə "Huavei" qərarlaşıb. Şirkətin bazar payı əvvəlki ayla müqayisədə 0,08 faiz bəndi azalaraq 3 faiz təşkil edib. Sonra müvafiq ardıcıllıqla "Honor" (1,22 faiz, 0,03 faiz bəndi azalma), "Realme" (0,33 faiz, 0,06 faiz bəndi artım) və "Tecno" (0,16 faiz, dəyişməyib) gəlir.

"Oppo"nun bazar payı əvvəlki ayla müqayisədə 0,01 faiz bəndi artaraq 0,14 faiz olub. Quql isə 0,07 faiz bazar payına sahib olub ki, bu da əvvəlki ayla müqayisədə 1,3 faiz bəndi azdır.

Tarix
2026.08.05 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla