Yuxarı

İranla sərhədimizdə gömrük rejiminin formatı dəyişir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla sərhədimizdə gömrük rejiminin formatı dəyişir

Biləsuvar Gömrük İdarəsinə baş çəkən İranın Ərdəbil əyalətinin başçısı Məsud İmami Yeganə bildirib ki, ilin ilk beş ayında Biləsuvar gömrüyü vasitəsilə Azərbaycanla ümumilikdə 190 milyon dollarlıq ixrac-idxal əməliyyatı həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Valinin sözlərinə görə, bu dövrdə Ərdəbil əyalətindən 100 milyon dollardan çox məhsul ixrac olunub, istehsal müəssisələrinin ehtiyacları üçün isə 90 milyon dollar dəyərində mal və xammal idxal edilib.

İmami Yeganə əlavə edib ki, İran və Azərbaycanın gömrük xidmətləri arasında aparılan danışıqlar nəticəsində Biləsuvar gömrüyünün sutkanın 24 saatı fəaliyyət göstərməsi ilə bağlı razılaşmanın əldə olunması istiqamətində iş aparılır. Məqsəd ixrac-idxal proseslərini sürətləndirmək və sərhəd keçidini asanlaşdırmaqdır.

O, həmçinin bildirib ki, İranın Azərbaycandakı səfirinin müşayiəti ilə iş adamlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Bakıya üçüncü rəsmi səfəri planlaşdırılır.

Tarix
2026.08.05 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla