Yuxarı

İstanbulda 4 azərbaycanlı cinayət başında yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda 4 azərbaycanlı cinayət başında yaxalandı

İstanbulun Şile rayonunda məscidin dəstəmaz fəvvarəsinin tikintisi üçün nəzərdə tutulan materialların oğurlanması ilə bağlı 4 nəfər saxlanılıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 5-də gecə saatlarında Geveze Yokuşu ərazisində, Meydan küçəsində baş verib.

Şiledə tikinti işlərində çalışdıqları bildirilən Azərbaycan vətəndaşları N.M., N.N., R.A. və H.A. Kılıçarslan məscidinin tikintisi davam edən dəstəmaz fəvvarəsinə məxsus inşaat materiallarını oğurlayarkən polis tərəfindən cinayət başında yaxalanıblar.

Hadisə ərazidən keçən bir şəxsin gecə saatlarında qırmızı rəngli mikroavtobusa material yükləyən şəxsləri görməsi və polisə məlumat verməsi nəticəsində üzə çıxıb. Əraziyə gələn polis əməkdaşları şübhəliləri materialları avtomobilə yükləyərkən saxlayıblar.

Şile polisinin apardığı araşdırma zamanı oğurlanan və bazar dəyərinin təxminən 150 min Türkiyə lirəsi (təxminən 5300 manat) olduğu bildirilən tikinti materialları Kabakoz kəndindəki daş ev tikintisində aşkarlanıb.

Hadisədən sonra 4 nəfərin Türkiyədən deportasiya edildiyi bildirilib. Həmçinin tikintinin qanunsuz olduğu müəyyənləşdirildiyindən Şile Bələdiyyəsi tərəfindən obyekt möhürlənib. Oğurlanan materiallar isə geri qaytarılıb.

Tarix
2026.08.08 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla