Yuxarı

Azərbaycanda cinayət törədən qadınların sayı artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda cinayət törədən qadınların sayı artdı

2025-ci ildə Azərbaycanda cinayət törətmiş şəxslərin sayı 21 min 31 nəfər olub. 2024-cü ildə bu göstərici 22 min 485 nəfər təşkil edib. Beləliklə, bir il ərzində cinayət törətmiş şəxslərin sayı 1454 nəfər və ya 6,5 faiz azalıb.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, 2025-ci ildə cinayət törətmiş şəxslərin 19 min 694 nəfəri kişi, 1337 nəfəri qadın olub.

Əvvəlki illə müqayisədə cinayət törətmiş kişilərin sayı 1556 nəfər və ya 7,3 faiz azalıb. Qadınların sayı isə 102 nəfər və ya 8,3 faiz artıb. Ümumilikdə, cinayət törətmiş şəxslərin 93,6 faizini kişilər, 6,4 faizini qadınlar təşkil edib.

Yaş qrupları üzrə ən yüksək göstərici 30 yaş və yuxarı şəxslər arasında qeydə alınıb. Ötən il bu yaş qrupuna aid 15 min 450 nəfər cinayət törədib. Onların sayı 2024-cü illə müqayisədə 979 nəfər azalıb.

2025-ci ildə cinayət törətmiş şəxslərin 2809 nəfəri 25-29, 2294 nəfəri 18-24, 344 nəfəri 16-17, 134 nəfəri isə 14-15 yaş qrupuna aid olub. Əvvəlki illə müqayisədə 14-15 yaşlılar arasında göstərici 14 nəfər artıb. Digər yaş qruplarında isə azalma qeydə alınıb.

Məşğulluq vəziyyətinə görə, cinayət törətmiş şəxslərin 10 min 856 nəfərini əmək qabiliyyətli yaşda olub işləməyən və təhsil almayanlar təşkil edib. Bu kateqoriya üzrə göstərici bir il ərzində 1654 nəfər və ya 13,2 faiz azalıb.

Cinayət törətmiş şəxslər arasında digər məşğulluq növləri üzrə çalışanların sayı 8591, fəhlələrin sayı 878, qulluqçuların sayı isə 421 nəfər olub. Bundan başqa, 219 sahibkarlıq fəaliyyəti ilə məşğul olan, 28 təhsil alan, 24 kənd təsərrüfatı işçisi, 8 maliyyə-kredit və bank işçisi, eləcə də 6 dövlət idarəçiliyi sistemində çalışan şəxs cinayət törədib.

2024-cü illə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında cinayət törətmiş şəxslərin sayı 80 nəfər və ya 57,6 faiz artıb. Maliyyə-kredit və bank işçiləri arasında isə bu göstərici 21 nəfərdən 8 nəfərə düşüb.

Tarix
2026.08.13 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla