Yuxarı

Prezident təsdiqlədi: 70 manat dövlət rüsumu...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident təsdiqlədi: 70 manat dövlət rüsumu...

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

Axar.az xəbər verir ki, yeni qanunla Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu alınacaq.

Xatırladaq ki, "Balıqçılıq haqqında" qanun layihəsində balıqçılıq su obyektlərində akvakultura fəaliyyətinin "akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi" əsasında həyata keçirilməsi və qeydiyyat şəhadətnaməsinə görə dövlət rüsumu tutulması nəzərdə tutulub. Qanunun bu tələbindən irəli gələrək "Dövlət rüsumu haqqında" qanun yenilənib. Qeydiyyat şəhadətnaməsi verilən zamanı yaradılan təsərrüfatın tələblərə uyğunluğunun qiymətləndirilməsi, ekspertiza və inzibati icraat tədbirləri həyata keçirilir. Bu baxımdan dövlət rüsumunun müəyyən edilməsi həmin inzibati xərclərin qismən kompensasiyasını təmin etməklə yanaşı, hüquqi sistemdə bərabərlik və vahid yanaşma prinsipini də təmin edir və fəaliyyətin leqallaşdırılmasını stimullaşdırır.

Bundan başqa, "Lisenziyalar və icazələr haqqında" qanunda da dəyişiklik edilib. Müvafiq qanuna əsasən, "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"na akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əlavə edilir. Bu dəyişiklik su bioresurslarının idarə olunması sahəsində dövlət nəzarətinin sistemli şəkildə gücləndirilməsinə xidmət edir və eyni obyekt üzərində həyata keçirilən fəaliyyət növləri - təbii resursların istismarı və süni yetişdirilməsi - arasında fərqli hüquqi rejimi aradan qaldıraraq vahid və ardıcıl tənzimləmə modeli formalaşdırır.

Mövcud vəziyyətdə balıqçılıq sahəsində təbii bioresurslardan istifadə icazə mexanizmi ilə tənzimləndiyi halda, akvakultura fəaliyyəti yalnız qeydiyyat proseduru ilə məhdudlaşırdı. Halbuki akvakultura yalnız təsərrüfat fəaliyyəti deyil, su ehtiyatlarından istifadə, ekosistemə müdaxilə və bioloji balansın dəyişdirilməsi ilə müşayiət olunan kompleks fəaliyyətdir. Təklif edilən dəyişiklik dövlət nəzarətini sonrakı mərhələdən ilkin (preventiv) mərhələyə keçirir və potensial risklərin əvvəlcədən müəyyən olunmasına imkan yaradır. Beynəlxalq təcrübə, xüsusilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müəyyən etdiyi prinsiplər bu yanaşmanı dəstəkləyir.

Tarix
2026.08.27 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla