Yuxarı

Kiprdə batan gəmidə azərbaycanlılar da olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiprdə batan gəmidə azərbaycanlılar da olub

18:10

Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində batan FİLOJET bərəsinin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub. Hər ikisi xilas edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu məlumat verib.

Cəmiyyət rəhbəri qeyd edib ki, Azərbaycan vətəndaşlarının aparıldığı xəstəxanaya şəxsən zəng edib. "Soydaşlarımız artıq ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar. Onların sağlamlıqları üçün təhlükə yoxdur", - deyə O.Həsənoğlu bildirib.

Cəmiyyət rəhbəri Girnə-Tasucu bərəsində həlak olanların ailələrinə və yaralananlara başsağlığı verib.

Xatırladaq ki, avqustun 30-da ŞKTR sahillərində 267 nəfəri daşıyan bərə batıb. Faciə Girne sahillərindən təxminən dörd mil aralıda baş verib. 237 nəfər xilas edilib, 7 nəfər ölüb, 23 nəfərin axtarışları qayıq və dronlardan istifadə etməklə davam edir.

Tarix
2026.08.30 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla