Yuxarı

Bu tarixdə pensiyalar artırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tarixdə pensiyalar artırılacaq

Rəsmi statistikaya əsasən, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği 10.5 faiz artaraq 594 manata çatıb. Bu məbləğ orta aylıq əmək haqqının 51 faizi deməkdir. Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10,2, əlilliyə görə 10,5, ailə başçısını itirməyə görə isə 10,3 faiz artıb.

Axar.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Feysbuk hesabında qeyd edib.

O bildirib ki, pensiyaların orta məbləğindəki artım daha çox bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır:

"Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu isə orta pensiya məbləğinə təsir göstərib. “Əmək pensiyaları” haqqında qanuna əsasən, bütün növ əmək pensiyalarını növbəti dəfə indeksləşdirilərək artırılması gələn yanvarında reallaşacaq. Bu zaman 2026-cı ildəki orta aylıq əmək haqqındakı rəsmi artım faizinə uyğun olaraq pensiyalar da artırılacaq. Pensiya artımları bir milyon yüz min vətəndaşımızı əhatə edir".

Tarix
2026.08.31 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla