Yuxarı

Loqoped uşağı döydü, montajsız videonu valideynə göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Loqoped uşağı döydü, montajsız videonu valideynə göndərdi

Nitq qüsuru olan uşağa məşğələ zamanı fiziki şiddət göstərildiyi iddia olunur.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda təlimçinin uşağa danışmağı öyrədərkən onun baş nahiyəsinə bir neçə dəfə zərbə endirdiyi görünür.

Məlumata görə, Ceyran adlı təlimçi uşağın nitqində əldə olunan nəticəni valideyninə göstərmək məqsədilə məşğələ prosesini telefonla lentə alıb. Lakin o, uşağa şiddət göstərdiyi hissəni videodan çıxarmağı unudub və görüntüləri olduğu kimi valideynə göndərib.

Hadisənin Şirvan şəhərində fəaliyyət göstərən mərkəzlərdən birində baş verdiyi bildirilir.

DİN-dən bildirilib ki, bununla bağlı Şirvan ŞPŞ-yə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır. Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür.

Qeyd edək ki, Ceyran adlı təlimçinin əvvəllər “Qüsursuz Nitq və Psixologiya Mərkəzi”ndə çalışdığı bildirilir. Mərkəzin rəhbəri Esmira Qafarova açıqlamasında həmin şəxsin təxminən il yarım əvvəl işdən ayrıldığını və hazırda mərkəzlə heç bir əlaqəsinin olmadığını bildirib.

Tarix
2026.08.31 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyev Tokayevlə görüşdü - Foto

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla