Yuxarı

"Poz-Qazan" avqustda 15 milyon manat uduş qazandırıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Poz-Qazan" avqustda 15 milyon manat uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın bir-birindən maraqlı “Poz-Qazan” oyunları qazandırmağa davam edir.

Avqustda “Poz-Qazan” oyunlarında ümumilikdə 3 052 864 ədəd uduşlu bilet olub. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 14 953 326 manat təşkil edib. Onlar arasında 17 böyük uduş yer alıb. Ayın ən böyük uduşu “Meqa 7” lotereyasında qazanılıb. Quba sakini 100 000 manat udaraq adını bəxtəvər qaliblər sırasına yazdırıb.

3 ədəd “Uğurlu 7” və bir “Sür Qazan” biletində 10 000, “4 Fəsil”“Bəxt açarı” lotereyasında da 5 000 manat udulub. “Qoşa” oyunu isə düz 10 biletdə 4 000 manatlıq uduşla sahiblərini sevindirib. Uduşlu biletlər Bakı, Sumqayıt, Gəncə, Qax, Balakən, Füzuli, Ağcabədi, Astara, Cəlilabad, İmişli, Saatlı şəhərlərində qeydə alınıb.

“Azərlotereya”nın “4+4” tirajlı lotereyasında cekpot məbləği hazırda rekord həddə çataraq 2 000 000 manatı ötüb və öz şanslı sahibini gözləyir. Bununla yanaşı, müxtəlif “Poz-Qazan” oyunlarında da 500 000 manatadək böyük uduş qazanmaq imkanı var.

Biletləri Azərlotereya.comMisli.az səhifələri, “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri, “Azərpoçt” şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.

Tarix
2026.09.02 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla