Yuxarı

Maksimum 32 ton olmalıdır: faktiki 66 ton çıxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maksimum 32 ton olmalıdır: faktiki 66 ton çıxdı - Foto

Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, BDYPİ əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı 99 GU 473 dövlət qeydiyyat nişanlı “Şaqman” (Shacman) markalı yük avtomobilinin çəki parametrləri elektron tərəzi vasitəsilə yoxlanılıb. Yoxlama nəticəsində icazə verilən maksimum kütləsi 32 ton olan nəqliyyat vasitəsinin faktiki kütləsinin 66 ton təşkil etdiyi müəyyən edilib.

Bu da nəqliyyat vasitəsi üçün müəyyən edilmiş maksimum kütlə həddinin iki dəfədən artıq aşılması deməkdir. Belə hal nəqliyyat vasitəsinin təhlükəsiz istismarına ciddi təsir göstərməklə yanaşı, yol-nəqliyyat hadisəsinin başvermə ehtimalını artırır və yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.

Ümumilikdə, nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi tormoz məsafəsinin uzanmasına, manevr və dayanıqlıq imkanlarının azalmasına, təkərlərə, tormoz və asqı sistemlərinə düşən gərginliyin artmasına gətirib çıxarır. Bu isə idarəetmənin itirilməsi, texniki nasazlıqların yaranması və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Eyni zamanda, normadan artıq yüklənmiş ağırtonnajlı nəqliyyat vasitələrinin istismarı yol örtüyünün, körpülərin və digər yol qurğularının zədələnməsinə, onların istismar müddətinin azalmasına səbəb olur.

BDYPİ yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, eləcə də sürücüləri müəyyən edilmiş çəki normalarına ciddi əməl etməyə və normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin istismarına yol verməməyə çağırır.

Tarix
2026.09.04 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla