Yuxarı

Bakıda azyaşlılar skuterlə təhlükə yaratdı – Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda azyaşlılar skuterlə təhlükə yaratdı – Anbaan video

Vaxtında müdaxilə edilmədikdə azyaşlılar qəzanın qurbanı ola bilərlər.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları barədə valideynlərə müraciətində bildirilib.

NİİM azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları barədə görüntüləri təqdim edib və qeyd olunub ki, azyaşlılar törətdikləri qayda pozuntuları ilə özlərinin və digərlərinin həyatı üçün ciddi təhlükə yaradıblar:

"Sutkanın qaranlıq vaxtı paytaxtda intensiv hərəkətin müşahidə olunduğu yollarda üç azyaşlı bir skuterlə əks istiqamətdə hərəkət edir, svetoforun qırmızı işığında keçirlər. Yollarda təhlükəli manevrlər edən zaman skuterdə olan azyaşlı sərnişin yolun hərəkət hissəsinə də yıxılır. Xoşbəxtlikdən, bu dəfə onların etdikləri səhv hərəkətlər qəza ilə nəticələnməyib. Lakin görüntülər bir daha göstərir ki, uşaqların yol hərəkəti qaydalarını bilməsi ilə yanaşı, həmin qaydalara əməl etməsinə nəzarət də olduqca vacibdir.

Bu məqsədlə hər bir valideyn müşahidə kameralarının qeydə aldığı görüntülərə diqqətlə baxmalı və həyat üçün vacib olan bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Onlar bilməlidirlər ki, kiçik elektrikli nəqliyyat vasitəsini idarəetmə hüququ 14 yaşdan başlanır. Valideynlər övladlarına skuterdən istifadə zamanı yol hərəkəti qaydalarına əməl etməyin vacibliyini izah etməli, svetofor siqnalları barədə məlumat verməli, əks istiqamətdə hərəkət etməyin və təhlükəli manevrlərdən çəkinməyin zəruriliyini diqqətə çatdırmalıdırlar".

O da qeyd edilib ki, belə hallar aşkar edildiyi zaman azyaşlıların valideynləri barəsində məsuliyyət tədbirləri görülür.

Tarix
2026.09.04 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla