Yuxarı

Bölmə rəisi həbs olundu, sonra qərar dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bölmə rəisi həbs olundu, sonra qərar dəyişdi

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunur.

Axar.az APA-ya istinadla xəbər verir ki, onunla bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Şahin Kiçibəyov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Daha sonra hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb. Qərara əsasən, Şahin Kiçibəyovun apellyasiya şikayəti qismən təmin edilib.

Məhkəmə təqsirləndirilən şəxsin dəymiş ziyanın bir hissəsini ödəməsini, himayəsində azyaşlı uşağının olmasını və Vətən müharibəsi veteranı olduğunu nəzərə alıb.

Onun cəzasını şərti sayılıb, Şahin Kiçibəyov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Şahin Kiçibəyov qulluq mövqeyindən istifadə etməklə, Hərbi Dəniz Qüvvələrində xidmətə qəbul və xidmət yerinin dəyişdirilməsi ilə bağlı vədlər verərək 20 min manatdan çox vəsaiti dələduzluq yolu ilə ələ keçirib.

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham verilib.

Tarix
2026.09.04 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla