Yuxarı

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

5 oktyabr 2022-ci ildə Praqada keçirilən məşhur görüşdən sonra Azərbaycanla birbaşa, ikitərəfli danışıqlar nəticəsində 8 avqust 2025-ci ildə Vaşinqtonda tarixi əhəmiyyət kəsb edən bir saziş imzalaya bildik.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Prezidenti Vaaqn Xaçatryan Çexiya Prezidenti Petr Pavel ilə görüşdən sonra mediaya birgə açıqlamasında deyib.

"Bunun mümkün olduğuna inanan az adam var idi, amma bu, reallığa çevrildi və biz artıq 2 ildir ki, sülh içində yaşayırıq. Qonşularımızla bu şəraitdə yaşamağa öyrəşməmişdik, amma özümüzü yeni bir vəziyyətdə tapdıq və bu sülhün davamlı olduğunu və davamlı olacağını qiymətləndiririk. Yaxın gələcəkdə diplomatik münasibətlər qurmağı və sərhədləri açmağı gözləyirik, o cümlədən 30 ildir bağlı sərhədlərimiz və diplomatik münasibətlərimiz olmayan Türkiyə ilə. Bütün bunlar regionda ümumi sülhün bərqərar olmasına və gərginliyin birbaşa aradan qaldırılmasına töhfə verəcək. Nəticədə, regional əlaqələrin açılması, iqtisadi əlaqələrin inkişafı və insanların sərbəst hərəkəti üçün imkanların genişləndirilməsi Cənubi Qafqazı əməkdaşlıq və qarşılıqlı əlaqə bölgəsinə çevirə bilər", - Xaçatryan deyib.

Tarix
2026.09.03 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla