Yuxarı

“Liverpul” 18 yaşlı hücumçu aldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Liverpul” 18 yaşlı hücumçu aldı

İngiltərənin “Liverpul” klubu Fransanın “Sent-Etyen” komandasında çıxış edən Djilan N'Guessanla müqavilə imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, tərəflər 18 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəliblər. N'Guessan yanvarda “Liverpul”a daimi əsaslarla qoşulacaq.

Fransalı futbolçu 2026/27 mövsümünün qalan hissəsini icarə əsasında Liqa 1-də çıxış edən “Brest”də keçirəcək.

Qeyd edək ki, N'Guessan “Sent-Etyen”in yetirməsidir. O, 2025-ci ilin yanvarında əsas komandada debüt edib və bu klubun heyətində 13 oyuna çıxaraq 1 qol vurub. Hücumçu 2025-ci ildə Fransanın U-20 millisinin heyətində dünya çempionatında 7 matç keçirib. Fransa turniri 4-cü pillədə başa vurub. N'Guessan ötən yay U-17 Avropa çempionatında 4 qola imza ataraq turnirin rəmzi komandasına da seçilib.

Tarix
2026.09.04 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla