Yuxarı

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib.

Axar.az xəbər verir ki, iki gün davam edən konfrans çərçivəsində humanitar minatəmizləmə sahəsində yeni tərəfdaşlıqların və birgə təşəbbüslərin inkişafına yönəlmiş müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Konfrans həmçinin Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfələri təqdim etmək üçün mühüm platforma rolunu oynayıb.

Tədbirin birinci günündə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Hikmət Hacıyev mina probleminin bərpa prosesinə təsiri və bu prosesdə humanitar minatəmizləmənin mühüm rolu məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına öz təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, bu ilki konfransın mövzusu Azərbaycanın təcrübəsini birbaşa əks etdirir.

Hayat Nasar Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisinin adından danışaraq mina təhlükəsi ilə mübarizə fəaliyyətinin uzun müddətdir ki, Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan hökuməti və ANAMA arasında əməkdaşlığın təməl daşı olduğunu qeyd edib.

Daha sonra bir sıra panel sessiyalar baş tutub, sual-cavabla tədbir davam edib.

Tədbirin ikinci günü panel sessiyalarla davam edib, sonda yekun bəyanat qəbul edilərək konfrans işini başa vurub.

Tarix
2026.09.03 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

Əliyev və Pezeşkianın görüşündəki rəsmin mesajı...

Azərbaycan Türkiyə və İsrail arasında... - İsrail

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla