Yuxarı

Məşhur azərbaycanlı riyaziyyatçı dünyasını dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur azərbaycanlı riyaziyyatçı dünyasını dəyişdi

Dünyaca tanınmış azərbaycanlı riyaziyyatçı, Rusiyada və Türkiyədə məşhur universitetlərdə dərs deyən professor Afət Fətullayev 54 yaşında dünyasını dəyişib.

Axar.az xəbər verir ki, həmyerlimiz son vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkirdi. Türkiyə Başkənt Universitetində Afət Fətullayevin ölümü ilə bağlı bir sıra tədbirlər keçirilib. Həmkarları və tələbələri onun haqqında xatirələrini danışarkən göz yaşlarını saxlaya bilməyiblər. Bu barədə Türkiyə mətbuatında da məlumatlar dərc edilib.

Qeyd edək ki, professor Başkənt Universitetində Riyaziyyat bölməsinin rəhbəri olub. Dünyada isə həmyerlimizi daha çox Afət Qolayoğlu kimi tanıyırdılar.

Afət Fətullayev Qolay oğlu 1962-ci il aprelin 10-da Füzuli rayonunda anadan olub, 1978-ci ildə fizika-riyaziyyat təmayüllü liseyi fərqlənmə diplomu ilə bitirərək, Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə daxil olub. Universiteti fərqlənmə ilə bitirdikdən sonra elə oradaca aspiranturanı oxuyub. 42 yaşında artıq professor elmi adını qazanıb.

1992-ci ildə Bakı Dövlət Universitetində 1 il çalışıb. Sonra isə Türkiyədə İzmit şəhəri Koceli Universitetində dərs deyib. Daha sonra Başkənt Universitetinə dəvət edilib və 2000-ci ildən orada çalışıb.

Bildirək ki, professor Bakıda dəfn ediləcək. Onun ən məşhur məqalələri ilə http://tbf.baskent.edu.tr/kw/ozgecmis.php?id=4901 bu link vasitəsilə tanış ola bilərsiniz.

Tarix
2016.10.19 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla