Yuxarı

Millət vəkili mükafata layiq görüldü – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili mükafata layiq görüldü – Video

Qənirə Paşayeva qadın millət vəkili olaraq il ərzində nailiyyətlərinə görə "İlin millət vəkili - VII THE FİRST" beynəlxalq mükafatına layiq görülüb.

Axar.az xəbər verir ki, millət vəkili təqdimat zamanı hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında ölkəmizin tanınması, təbliği istiqamətində çalışdığını qeyd edib.

Q.Paşayeva Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi münasibəti ilə xalqımızı təbrik edib, Azərbaycanın keçdiyi yoldan, əldə etdiyi uğurlardan və onun daha da inkişafı üçün hər bir vətəndaşımızın üzərinə düşən vəzifələdən söz açıb:

"Ölkəmiz üçün gözəl işlər görən cənab Prezidenti, Azərbaycan qadınlarını ən gözəl şəkildə təmsil edən birinci xanım Mehriban Əliyevanı və bütün xalqımızı bu bayram münasibəti ilə təbrik edirəm. Dünyada müstəqil dövlətdən gözəl və önəmli heç nə ola bilməz. Bu mükafatı bu gün mənim burada ola bilməyim üçün, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canından keçən şəhidlərimiz, şəhid və qazi sinif yoldaşlarım, dostlarım adına alıram və Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm. Bu mükafatı qarşılarına çıxan çətinliklərə baxmayaraq, ölkəmiz üçün çalışan və gözəl işlər görən əziz qadınlarımız adına alıram.

Çünki cəmiyyətin inkişafı savadlı analardan, qadınlardan keçir. Buradan bir qadın olaraq bir mesaj da vermək istəyirəm. Birlikdə, qadın və kişi olmağımızdan asılı olmayaraq, bizi narahat edən qadına qarşı zorakılıq xəbərlərinə heç bir zaman biganə olmamalıyıq.

İnşallah, bu cür tədbirlərimizi Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə də keçirə bilək".

Tarix
2016.10.19 / 15:35
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla