Yuxarı

Mətbuat Şurası bu saytlara xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuat Şurası bu saytlara xəbərdarlıq etdi

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

MŞ-dan APA-ya verilən məlumata görə, gündəliyə müzakirələrdən sonra 7 məsələ daxil edilib.

İlk olaraq "Hürriyyət" qəzetinin müraciətinə baxılıb. Şikayətdə göstərilib ki, qəzetin əmtəə nişanı rəsmi dövlət qeydiyyatına alınmasına baxmayaraq, ölkədə "hurriyet.az" və "hurriyyet.info" adları altında saytlar fəaliyyət göstərməkdədir. Komissiya cavabdeh tərəfi də dinləyərək belə rəyə gəlib ki, ümumiyyətlə, tanınmış KİV-lərin adlarının təkrarı olan onlayn media vasitələrinin təsisi haqlı narazılığa səbəb olur. Buna görə də hər iki sayta adlarını dəyişdirmək tövsiyə edilib.

İclasda 3 sayta xəbərdarlıq olunması barədə rəy çıxarılıb. Bunlar "azerinfo.org", "siam.az" və "24 saat.org"dur. Komissiya bu zaman hər 3 saytın Nərimanov Rayon İcra Hakimiyyəti barədə təqdim etdiyi materiallarda etik prinsiplərin bir sıra tələblərinin pozulduğunu, qarşı tərəfin fikirlərinə yer verilmədiyini əsas götürüb.

İclasda vurğulanıb ki, son vaxtlar bank-kredit sektoruna aid bir sıra qurumlar barədə saytlarda total şəkildə məlumatlar yayımlanmaqdadır. Həmin materiallarda etik prinsiplərin tələblərinin gözlənilməməsi narazılıq yaradır. Azərbaycan Banklar Assosiasiyasının 19, "Yapı Kredi Bank"ın 20 sayt barədə şikayəti buna misal göstərilib. Komissiya hər iki quruma məsələnin hüquqi müstəvidə həllini tövsiyə edib. Həmçinin assosiasiyaya sahədən yazan jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə təlimlər keçirməsi tövsiyə olunub.

Tarix
2016.10.21 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla