Yuxarı

Ahıllarla müharibə əlilləri arasında futbol yarışı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ahıllarla müharibə əlilləri arasında futbol yarışı keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri və yüksək texnologiyalı protezlərlə təmin olunmuş müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol yarışı keçirilib.

Axar.az xəbər verir ki, Vətən müharibəsinin altıncı ildönümü və 1 Oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunan yarış ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında sosial inteqrasiyanın və sağlam həyat tərzinin təşviqi, eləcə də asudə vaxtın səmərəli təşkili məqsədi daşıyıb.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir. Bu kateqoriyadan olan vətəndaşların sosial təminatı ilə yanaşı, cəmiyyətə inteqrasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə də tədbirlər görülür.

Oyunda 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini, Araz-Naxçıvan PFK-nın qadınlardan ibarət U-16 komandasının üzvü Qənirə Zeynalova da komandalara öz dəstəyini göstərib.

AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan, maraqlı mübarizə və xoş anlarla yadda qalan oyun 6:6 hesabı ilə başa çatıb.

Yarışın sonunda iştirakçılara təşəkkürnamələr və simvolik hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin AFFA ilə birgə əməkdaşlığı çərçivəsində ahıllar üçün davamlı olaraq "Gəzinti futbolu" (Walking football) adlı sosial layihə həyata keçirilir. Assosiasiya tərəfindən ayrılan məşqçilər tərəfindən keçirilən məşqlər ahıl şəxslərin fiziki aktivliyinin artırılmasına və onların sosial fəaliyyətlərə daha fəal cəlb olunmasına xidmət edir.

Sonda Agentliyin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərinin təqdimatında vətənpərvərlik mövzusunda kompozisiya təqdim edilib.

Tarix
2026.10.01 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla