Yuxarı

13 tibb işçisi bir gündə işdən çıxarıldı - Baş həkimlər də var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
13 tibb işçisi bir gündə işdən çıxarıldı - Baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddət ərzində verilməsi olub.

Məlumata əsasən, TƏBİB tərəfindən aparılan araşdırma zamanı Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki poliklinikalarda sağlamlıq arayışlarının 20 dəqiqə ərzində verildiyi müəyyən edilib. Qurum bunu prosedur pozuntusu kimi qiymətləndirib.

Nəticədə 13 əməkdaşın əmək müqaviləsinə eyni gündə xitam verilib.

İşdən azad edilənlər arasında Sumqayıt şəhər 1, 2 və 3 nömrəli poliklinikaların baş həkimləri də var. Həmçinin həmin tibb müəssisələrində çalışan katibələr də eyni səbəblə işdən çıxarılıb.

Məsələ ilə bağlı TƏBİB-in rəsmi mövqeyi hələlik məlum deyil.

Tibb işçiləri bu qərarın əsassız olduğunu bildirirlər.

Tarix
2026.10.01 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla