Yuxarı

Nazirin xalası oğlu mənimsədiyi pulu dövlətə ödədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirin xalası oğlu mənimsədiyi pulu dövlətə ödədi

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin keçmiş rəhbərlərinin korrupsiya əməlləri ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Təqsirləndirilən şəxslər hazırda ev dustaqlığındadırlar.

Cinayət işi üzrə ümumilikdə 4 nəfər məsuliyyətə cəlb edilib. Onlardan ikisi kollecin sabiq direktorları Fəxrəddin Zeynalov və İlqar Kubışovdur. Kollecin əməkdaşları Gülnar Bağırzadə və Məlahət Əsgərova da təqsirləndirilən şəxslər sırasındadır.

Təqsirləndirilən İlqar Kubışov mədəniyyət naziri Adil Kərimlinin xalası oğludur.

İttihama əsasən, təqsirləndirilən şəxslər ümumilikdə 360 min manatdan artıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, dövlət vəsaitinin bir hissəsi ayrı-ayrı şəxslərin adına əmək haqqı yazılması, digər hissəsi isə kollecdə inşaat işlərinin aparılması adı ilə rəsmiləşdirilərək mənimsənilib.

İstintaq dövründə dövlətə dəymiş zərərin bir hissəsi ödənilib. Mədəniyyət naziri Adil Kərimlinin xalası oğlu İlqar Kubışov isə ona münasibətdə hesablanmış maddi zərəri tam ödəyib.

Xatırladaq ki, Gəncə Dövlət Regional Kollecinə 2023-cü ilədək Fəxrəddin Zeynalov rəhbərlik edib. O, təqaüdə çıxdıqdan sonra bu vəzifəyə İlqar Kubışov təyin olunub. Kubışov isə cəmi bir il sonra vəzifəsindən azad edilib.

Tarix
2026.10.05 / 09:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla