Yuxarı

Ramil Usubovun dünyasını dəyişən kürəkəni ilə bağlı faktlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubovun dünyasını dəyişən kürəkəni ilə bağlı faktlar

Xəbər verdiyimiz kimi, Ramil Usubovun kürəkəni, polis mayoru Kamran Xankişiyev bu gün qəfil dünyasını dəyişib.

Axar.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Xankişiyev uzun illər Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 2007-ci il tarixli sərəncamı ilə Kamran Bəylər oğlu Xankişiyev “İgidliyə görə” medalı ilə təltif edilib.

2010-cu ildə DİN-in mətbuat xidmətinə istinadən yayılan məlumatda onun Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı və polis mayoru olduğu bildirilib.

Kamran Xankişiyevin adı həmin illərdə baş vermiş bir hadisə ilə də mediada hallanıb. DİN-in açıqlamasına əsasən, o, tabeliyində olan silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Nazirlik bəzi media orqanlarında hadisənin ilkin olaraq fərqli şəkildə təqdim edildiyini bildirib. Faktla bağlı toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərildiyi açıqlanıb.

Sonrakı illərdə Xankişiyevin dövlət strukturlarında fəaliyyətini davam etdirdiyi barədə məlumatlar yayılıb. Müxtəlif media materiallarında onun Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasında çalışdığı da qeyd olunub.

Onun iki övladı var.

Tarix
2026.10.05 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla