Yuxarı

Vəziyyət o həddə çatdı ki, NK qərara yenidən baxmalı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəziyyət o həddə çatdı ki, NK qərara yenidən baxmalı oldu

Nazirlər Kabinetinin məlum qərarından sonra həm şagirdlərin, həm də müəllimlərin məktəbə vahid formada gəlməsi, bərabərliyin qorunması prinsipini əsas götürən normativ hüquqi aktlar müəyyənləşib. Çox təəssüf ki, bu gün cəmiyyətdə məsələ bir qədər düzgün təhlil olunmur və hər kəs qanundan irəli gələn tələblər çərçivəsində təkliflərlə çıxış etmir, sağlam müzakirələrdə iştirak etmir. Sadəcə, birmənalı şəkildə məktəblərdə şagirdlərə müəyyən məhdudiyyətlərin tətbiq olunması məsələsi gündəmə gətirilir ki, bu da bir qədər zərərli yanaşmadır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, ümumi mənzərə ondan ibarətdir ki, həm şagirdlər, həm də valideynlər arasında çoxlu neqativ fikirlər səsləndirilir.

“Xatırlayırsınızsa, 2025-2026-cı tədris ilinin son zəngindən sonra, yəni bu bir il ərzində aparılan müzakirələr yəqin ki, çox adamın yadından çıxmayıb. Həmin vaxt xüsusi videolar və şəkillər yayıldı. Məktəbli qızların qısa ətəklərdə, qrimlənmiş, uzun dırnaqlarla və çoxsaylı aksesuarlarla tədbirlərdə iştirak etdiyi göstərilirdi. Bu da nəticə etibarilə bəzi valideynlər arasında narazılıq yaratmışdı.

Çox qəribədir ki, digər valideynlər də tapıldı və onlar tədris müddətində övladlarının yanında başörtülü şagirdlərin olmasına etirazlarını bildirdilər. Beləliklə, cəmiyyətdə gedən müzakirələr artıq o həddə çatdı ki, Nazirlər Kabineti məktəbli formaları ilə bağlı qəbul etdiyi qərara yenidən baxmalı oldu. Bildiyiniz kimi, Nazirlər Kabinetinin son qərarında da müəyyən yeniliklər və təkmilləşdirmələr aparıldı. Burada şagirdlərin vahid geyim forması ilə bağlı sənədlərə dünyəvilik prinsipi əsas gətirilərək müəyyən bəndlər əlavə olundu”, - o bildirib.

Ekspert məsələnin təkcə baş örtüyü ilə bağlı olmadığını vurğulayıb:

“Hətta ayaqqabının belə adı çəkilir, baş örtüyünün adı çəkilmir. Müəllimlər üçün normativ hüquqi sənədlər hazırlanarkən onların hansı ayaqqabıda və hansı geyimdə məktəbə gəlməli olduqlarına qədər məsələlər tənzimlənir.

Bu qaydalardan kənara çıxıldıqda vahidlik prinsipinin pozulacağını düşünən bəzi valideynlər narahatlıq keçirirlər. Onlar hesab edirlər ki, övladlarının dini inanclarına görə başlarına hicab bağlaması və ya başı örtülü şəkildə məktəbə gəlməsi dünyəvilik prinsipinə zidd hesab oluna, məktəbdə qəbul edilmiş qaydaların pozulması kimi qiymətləndirilə bilər. Artıq indidən bu məsələ ilə bağlı müəyyən narazılıqlar var.

Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanda indiyədək məktəblərlə bağlı normativ hüquqi aktlar və müvafiq sənədlər, demək olar ki, həmişə Pedaqoji Şura tərəfindən qəbul edilib və vahidlik prinsipi qorunub. Düşünürəm ki, valideynlər bu məsələdə övladlarının yanında olmalı, onlara düzgün istiqamət verməli və çalışmalıdırlar ki, övladları tədris prosesindən kənarda qalmasın”.

Tarix
2026.10.11 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla