Yuxarı

Məktəblərdə münaqişə yaradan 37 nəfər həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdə münaqişə yaradan 37 nəfər həbs olundu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.

Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.

Tədbirlərin əsas məqsədi qanunvericiliyin tələblərinin icrasını təmin etmək, ictimai asayişin pozulmasının, nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaqdır.

Qeyd edirik ki, vətəndaşlar qanunvericiliyin tələblərinə əməl etməli, ictimai qaydanın pozulmasına, digər şəxslərin hüquq və mənafelərinə zərər vurulmasına, habelə polis əməkdaşlarının qanuni tələblərinin yerinə yetirilməməsinə yol verməməlidirlər.

İctimai asayişin və təhlükəsizliyin qorunması, təhsil müəssisələrinin normal fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir, qanunazidd halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq və onu törədənlər müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar.

Tarix
2026.10.12 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla