Yuxarı

Alışqanla hədə-qorxu gəldi, mağazanı soydu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alışqanla hədə-qorxu gəldi, mağazanı soydu

Quba rayonunda oğru tapança görünüşlü əşya ilə mağaza satıcılarına qarşı hədə-qorxu gələrək quldurluq edib.

Report-un xəbərinə görə, hadisə Birinci Nügədi kəndi ərazisində qeydə alınıb.

Burada mağazaya daxil olan naməlum şəxs satıcı işləyən Elvin Musayevi və Rövşən Abbasovu tapançaya oxşar əşya ilə hədələyib və kassadan 100 manat pul aparıb.

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törədən Birinci Nügədi kənd sakini 48 yaşlı Murad Qonaqbəyov tutulub.

Araşdırmalar zamanı M.Qonaqbəyovun hadisəni törədərkən istifadə etdiyi əşyanın tapança görünüşlü alışqan olması müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Tarix
2016.10.26 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla