Yuxarı

Toya hazırlaşan gənc qayınanasını öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toya hazırlaşan gənc qayınanasını öldürdü

Qətl hadisəsi törətməkdə təqsirli bilinən Samux rayon sakini, 1988-ci il təvəllüdlü Səbuhi Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Səbuhi Babayev 2014-cü ilin may ayında Aysel Rəsulova ilə rəsmi nikah bağlayandan bir müddət sonra öz toy məclisini Gəncə şəhərində keçirmək istədiyini elan edib. Qayınanası Məlahət Rəsulova buna etirazını bildirib.

Səbuhi Babayev 26 iyul 2014-cü il tarixdə, səhər təxminən saat 07.00-da Aysellə faktiki yaşadığı qayınanasına məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində salınmış yeni məhəllədə yerləşən fərdi yaşayış evinə gəlib. Bu zaman Məlahət Rəsulova növbəti dəfə Səbuhiyə toyu Gəncədə etməsinə etiraz edib. O, həmçinin Səbuhiyə qızı Aysel Rəsulovanı qısqandığına görə iradını bildirib. Bununla əlaqədar həmin vaxt kürəkənlə qayınana arasında mübahisə yaranıb.

Bundan sonra Səbuhi Babayev Aysel Rəsulovanı Bakı şəhərindəki iş yerinə gətirib, təxminən saat 10.00-da yenidən qayınanasıgilə qayıdaraq aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün qayınanası Məlahət Rəsulova ilə söhbət edib və Aysellə rahat yaşamalarına nə üçün imkan vermədiyini soruşub.

Söhbət zamanı Məlahət Rəsulovanın hərəkətlərindən əsəbiləşən Səbuhi Babayev boğazından tutaraq, onu boğmağa başlayıb. O, qayınanasının ölmədiyini görüb və başını bir neçə dəfə divara çırpıb.

Qadını boğandan sonra Səbuhi Babayev cinayətin izini itirmək məqsədlə evi yandırmaq qərarına gəlib. O, Məlahət Rəsulovanın otağına nefti tökərək evə od vurub.

Məlahət Rəsulovanın 32.000 manat dəyərində yaşayış evi içərisindəki əşyalarla birlikdə yanıb.

Səbuhi Babayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 186.2.1 və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Babayev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Səbuhi Babayevin əməlini Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edib və cəzasını 13 il 6 aya endirib.

Tarix
2016.10.29 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla