Yuxarı

Qumarı qanunsuz oynadanlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qumarı qanunsuz oynadanlar tutuldu

Ölkədəki idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan qanunsuz fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portalları və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması, həmin oyunları müvafiq icazə olmadan təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Axar.az-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən çay evinə baxış keçirilib və fakt öz təsdiqini tapıb. Qanunsuz mərc və qumar oyunları təşkil edən Təyyar Hüseynov, Ramin Musayev və Suliddin Nəsirov saxlanılıb. Həmçinin həmin obyektdə qanunsuz mərc və qumar oynayan 7 vətəndaş müəyyən edilərək barələrində qanuni tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də iş üçün maraq kəsb edən digər əşyalar aşkar edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.10.31 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla